27 Sentyabr -Anım Günü

27 Sentyabr 2024-cü il tarixdə məktəbdə  "Vətən müharibəsi"ndə və antiterror əməliyyatlarında  qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq anım tədbiri  keçirilmişdir.

      Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin 2020-ci il 02 dekabr tarixli Sərəncamına əsasən təsis edilən "Anım Günü "ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulandı ki, milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra əbədi olaraq müzəffər xalq və qalib dövlət kimi yaşayacaq. Diqqətə çatdırıldı ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı separatçı rejim ağ bayraq qaldırdı və  Azərbaycan öz suverenliyini tam təmin etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi