"Uşaqlar bizim gələcəyimizdir!"

31 may 2024-cü tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" tədbir münasibətilə keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji və texniki heyəti, valideynlər, şagirdlər iştirak etmişdirlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur.

Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Elzamin Həsənov və Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəyalə Cavanşirli uşaqları bu əziz bayram münasibətilə təbrik etmişlər.

Daha sonra tədbir şagirdlərin çıxışları ilə davam etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi