“Uşaqlar və gənclər arasında vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunun yüksəldilməsi” və “Asudə vaxtlarının səmərəli təşkili ilə bağlı tədbirlərin görülməsi” mövzusunda maarifləndirici konfrans

    23 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbdə “Uşaqlar və gənclər arasında vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunun yüksəldilməsi” və “Asudə vaxtlarının səmərəli təşkili ilə bağlı tədbirlərin görülməsi” mövzusunda maarifləndirici konfrans keçirilmişdir.

    Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı qəsəbə Məscidinin imamı, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

    Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.

   Bildirildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Heç şübhəsiz ki, gənclərin beynəlxalq aləmdə əldə etdikləri uğurlar Azərbaycan dövlətinin nüfuzunun artmasına səbəb olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi