"Ulu bir sərkərdə, ulu bir öndər"
O kəslər tarixi şəxsiyyətə çevrilir ki, onlar tarix yaratmağı bacarırlar.Belə tarixi şəxsiyyətlərdən biri də Müasir Azərbaycanın banisi, xalqımızın ümumimilli lideri Heydər Əlirza oğlu Əliyevdir.Heydər Əliyev dahi şəxsiyyətlərə məxsus mənalı, mürəkkəb, mübarizələrlə dolu şərəfli bir ömür yaşadı.Xalqına, dövlətinə fədakarcasına, təmənnasız xidmət göstərdi və özündən sonra mənalı ömrünü həsr etdiyi şah əsərini – Müstəqil Azərbaycan dövlətini qurub getdi.Banisi və qurucusu olduğu Müstəqil Azərbaycan yaşadıqca ,Ümummilli liderimiz Heydər Əliyev qəlblərdə əbədiyyətə qovuşacaq və yaşayacaqdır.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd etmək məqsədilə kitabxana müdiri Zəminə Quliyeva, kitabxanaçı Səidə Qəhrəmanova və valideyn Yeganə Vəliyevanın birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.