"Füzuli dünyası" adlı intellektual yarış keçirilib

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

    Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

    23 aprel 2024-cü il tarixində "Kiçik Akademiya" prezidenti Cəmilə Kələntərova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəna Mustafayevanın təşkilatçılığı ilə "Füzuli dünyası" adlı intellektual yarış keçirilib.

     Son nəticəyə əsasən 10 a sinif şagirdlərindən ibarət "Məcnun" komandası yarışın qalibi olub.

     Qalib komandanın üzvləri fəxri fərman və hədiyyə ilə təltif ediliblər.

      Digər komandanın üzvləri də fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi