"Badminton hamı üçün" əyləncəli və öyrədici proqram əsasında masterklass keçirilib

   Pirallahı rayonunda "İdman hamı üçün" layihəsi çərçivəsində "Badminton hamı üçün" əyləncəli və öyrədici proqram əsasında masterklass keçirilib.

Aprelin 8-də Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pirallahı İdman Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayon şagirdləri üçün badminton idman növü üzrə təlim keçirilib.

Təlimdə badminton idmanının tarixi barədə tədbir iştirakçılarına məlumat verilmiş və atışlarla texniki fəndlər də nümayiş etdirilmişdir. Əlavə nümunəvi çıxışlar da göstərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi