Məktəbin komandası ikinci yerin qalıbi olub

      6 aprel 2024-cü il tarixində Pirallahı rayonunda Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin təşkilatçılığı ilə uşaq futbolunun inkişafı, sağlam həyat tərzinin təşviqi və futbolun kütləviliyinin təmin olunması məqsədilə rayon məktəbliləri arasında “Yaşıl dünya naminə həmrəylik ili“nə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında keçirilən mini futbol turnirinə yekun vurulmuşdur.

      Aprelin 4-də start verilmiş turnirdə rayonda fəaliyyət göstərən 6 məktəbin komandaları iştirak etmiş, komandalar arasında ümumilikdə 12 görüş keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən oyunlar nəticəsində 168 nömrəli tam orta məktəbin komandası qalib gələrək birinci yeri tutmuşdur. Müvafiq olaraq ikinci yerin qalibi 186 nömrəli tam orta məktəbin komandası, Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerin qalibi olmuşdur.

        Turnirdən sonra baş tutan mükafatlandırılma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdiri Arzu Abdullayev, Gənclər və İdman Baş İdarəsi Pirallahı rayon gənclər və idman sektorunun sədri Vüqar Əliyev, Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyi Pirallahı rayon filialının üzvləri, şəhid ailələri, 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov, fiziki tərbiyə müəllimləri iştirak etmişdir.

        Sonda turnirdə fərqlənən komandalar qızıl, gümüş və bürünc medallarla mükafatlandırılmış, onlara kuboklar və diplomlar təqdim edilmişdir.

         Komanda üzvlərinin hər birini və fiziki tərbiyə müəllimlərini təbrik edir, yeni -yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi