Mülki Müdafiə Günü ilə bağlı təlim-tədbir

05 aprel 2024-cü il tarixində məktəbin tədbirlər planına əsasən "Mülki Müdafiə Günü" ilə bağlı təlim -tədbir keçirilib.

İlk olaraq məktəbin həyətində təlim -tədbirin iştirakçılarının düzülüşü baş tutmuşdur.

Sonra Hərbi Rəhbər Oktay İsmayılov MM rəhbərinə -direktora məruzə edərək bildidi ki, 186 nömrəli tam orta məktəbin MM uzrə şəxsi heyəti və MM dəstələri keçiriləcək MM gününə hazırdır.

Məktəbin direktoru Elzamin Həsənov qısa məruzə edərək MM gününün əhəmiyyəti və vacibliyi haqqında şagirdləri məlumatlandırmışdır.

Sonra təlim -tədbir ssenari üzrə davam etdirilmişdir.

İbtidai sinif müəllimi Samirə Umudovanın təşkilatçılığı ilə 3 "b" sinfində "Fərdi mühafizə vasitələri" mövzusunda sinif təşkilatı saatı keçirilib.

Sinif təşkilatı saatında uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Həcər Ramazanova, UBTR Aynur Rzayeva və ibtidai sinif müəllimi Radna Rəcəbova da iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi