"Aprel döyüşləri-böyük zəfərin başlanğıcı"

   03 aprel 2024-cü il tarixində məktəbin akt zalında "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib.

Tədbir Aprel döyüşləri zamanı ən müqəddəs zirvəyə şəhidlik zirvəsinə ucalan şəhidlərin və məktəbin 2014-cü il məzunu, Aprel şəhidi, fəxrimiz Sarvan Mehralıyevin əziz xatirəsini yad etmək məqsədilə uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Həcər Ramazanovanın təşkilatçılığı ilə təşkil edilmişdir.

   Tədbirdə ilk olaraq dövlət himnimiz səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Sonra uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Həcər Ramazanova "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı" mözusunda təqdimatla çıxış etdi.

     Daha sonra Aprel şəhidi Sarvan Mehralıyevin sinif rəhbəri olmuş Mehrban Dünyamalıyeva əziz şagirdi haqında xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşdı.

     Məktəbin direktoru Elzamin Həsənov öz çıxışında  Aprel döyüşlərinin Azərbaycan Respublikası üçün strateji əhəmiyyətindən danışdı.

     Tədbirin bədii hissəsində ilk olaraq Xocalının səsi qəzetinin baş redaktoru, şair Qalib Bəyməmmədoğlunun öz ifasında Sarvan Mehralıyevə həsr etdiyi "Xocalı elində bir igid vardı" şeiri səsləndirilidi.Daha sonra şagirdlər Aprel döyüşlərinə, Lələtəpəyə həsr edilmiş şeirlər və vətənpərvərlik mövzusunda mahnı ifa etdilər.

      Tədbirdən sonra məktəb rəhbərliyi və bir-neçə müəllim əziz şəhid məzunun ailəsini ziyarət etmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi