Şagirdlərin uğuru - məktəbin komandası I yerin qalibi olmuşdur

     04 mart 2024-cü il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pirallahı rayonunda “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş atletika idman növü üzrə rayon turniri keçirilmişdir.

    Rayon məktəbliləri arasında gərgin mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən 186 nömrəli tam orta məktəbin komandası birinci, Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası ikinci, N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerləri tutmuşdur.

     Qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi