Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq

      “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” və “Pis vərdişlərdən uzaq  olaq!” mövzularında  sinif təşkilatı saatları keçirilib.

      Azərbaycanın gələcəyi olan gənclərimizi müxtəlif mövzularda maarifləndirmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda vətənə məhəbbət hissi aşılamaq, öz hüquq və qanunlarını bilməyi anlatmaq, məişətdə baş verən zorakılıqlardan uzaq olmağı tövsiyə etmək, şagirdləri nizam-intizamlı olmağa dəvət etmək məqsədilə  məktəblərimizdə mütəmadi olaraq seminarlar və tədbirlər təşkil edilir. 

     Sinif təşkilatı saatlarında ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışıldı. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi