“ Fövqəladə hallarda özünü necə aparmalı”

   Azərbaycan Respublikası Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə  məktəbdə “ Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, birgə fəaliyyətin uzlaşdırılmasının məşq edilməsi ilə yanaşı, məktəbin kollektivinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur.

    Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Dilarə Quliyeva keçirilən tədbirin  əhəmiyyətindən bəhs etmişdir. Daha sonra çıxış edən natiqlər “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxış etmişdir. Sonra məktəbin müəllim və şagird heyəti əyani olaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə tanış oldular, uşaqlarla sual-cavab aparıldı.

Məktəbimizin kollektivi adından Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşlarına təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi