"Sağlam vərdişlər"

    Pirallahı rayon Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Gəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "Sağlam vərdişlər" adlı təlim keçirilib.

Təlimdə məktəbimizi 10 "b" sinif şagirdləri Fidan Hüseynli, Xanım Cəfərova, 11 "a" sinif şagirdləri Umud Rəsul, Kənan Musayev və Aqşin Hüseynli təmsil etmişlər.  

  Təlim müddətində BŞGİİ-nin əməkdaşı, təlimçi Aytən Natiqli sağlam həyat tərzinin müxtəlif aspektlərini əhatə edən mövzulara toxunub.

Diskusiya şəklində keçən təlimdə, iştirakçılara “Necə yox deməli?“, “Dəyərlər” adlı qrup işləri təşkil olunub.

    Qeyd edək ki, layihənin məqsədi gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, onlar arasında qeyri-sağlam həyat tərzinin fəsadları haqqında maarifləndirmə aparmaqdır.

+2

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi