28 May Müstəqillik Günü münasibətilə "Müstəqilliyimiz əbədidir!"

      26 may 2023-cü il tarixində 28 May Müstəqillik Günü münasibətilə "Müstəqilliyimiz əbədidir!" mövzusuna tədbir keçirilib.

      Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəyalə Cavanşirli, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

      Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, çıxış edən natiqlər əlamətdar günlə bağlı fikirlərini səsləndirərək  Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Çıxışlarda o da qeyd olundu ki, 1918-ci ildə yaradılan, 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır. İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, mütərəqqi islahatlar, reallaşdırdığı qlobal miqyaslı layihələr Azərbaycanın dünyada siyasi çəkisini getdikcə artırır və ölkəmiz beynəlxalq müstəvidə söz sahibinə çevrilir.

    Tədbirin bədii hissəsi şagirdlərin  ifasında şeirlər, mahnılar və kompozisiyalarla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi