"Reproduktiv sağlamlıq" mövzusunda seminar keçirilib

      Məktəbin psixoloqu Şəfa Bilandarlinin və informatika müəllimi Aygün Babayevanın təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq" mövzusunda seminar keçirilib.

       Seminarın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

        Seminarda məktəblilərə reproduktiv sağlamlıq üzrə məlumatlar verildi, həmçinin, onlar sanitar-gigiyenik qaydalar, düzgün qidalanma və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirildi.

         Seminar çərçivəsində reproduktiv sağlamlığa dair videoçarxlar nümayiş olundu, onları  maraqlandıran suallar cavablandırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi