Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş viktorina keçirilib

   04 may 2023-cü ildə təlim -tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, Kiçik Akademiyanın prezidenti Cəmilə Kələntərova ,tarix müəllimi Qönçə Əzizovanın birgə təşkilatçılığı, 9 a, 9 b ,9 c və 10 a sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş viktorina keçirilib.

    Keçirilən viktorinanın ümumi nəticəsinə görə 10 a sinfinin "Hilal" komandası qalib elan olunub.Qalib komandanın üzvləri Fəxri fərman və hədiyyə ilə təltif ediliblər.Qalib komandanın üzvlərini təbrik edir, uğurlar arzulayırıq.Viktorina təskil etdikləri üçün təlim -tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyevaya, Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovaya və tarix müəllimi Qönçə Əzizovaya, iştirak edən 9 a,9 b,9 c və 10 a sinif şagirdlərinin hər birinə məktəb rəhbərliyi adından təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi