31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür .Unutmadıq, unutmarıq!

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

Unutmadıq, unutmarıq!

31 Mart Azərbaycanlıların Soyqırımının 105-ci ildönümünə həsr edilmiş silsilə anım tədbirləri keçirilib. 

Keçirilən tədbirlərdə dövlət himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş video-çarx nümayiş olunmuşdur.

Erməni daşnaklarının 1918-ci ilin mart ayının 30-dan başlayaraq Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı soyqırımı həyata keçirdiklərini,  50 min azərbaycanlını qətlə yetirdiklərini, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin saldıqlarını bildirmişdir. “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan araşdırmalara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir.

Sonda məktəblilərin təqdimatında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi