“Məişət zorakılığı ilə mübarizə” , "İnsan alverinə qarşı mübarizə" və “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir

10 fevral 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbdə “Məişət zorakılığı ilə mübarizə”, "İnsan alverinə qarşı mübarizə" və “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı RPİ-nin YYÇ-la profilaktiki işin təşkili qrupu inspektoru Niyazi Hacıyev, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbirdə natiqlər maarifləndirici çıxışlar etmiş və mövzular ətrafında  şagirdləri geniş şəkildə məlumatlandırmışdır.

    Natiqlər çıxışlarında qeyd etmişdir ki, məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Əlavə olaraq vurğulanmışdır ki, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativ hüquqi aktlardan ibarətdir.

     Eyni zamanda bildirildi ki, evlilik yaşına qədəm qoyan gənclərin müəyyən hissəsi evlilik və valideynlik vəzifələrini yerinə yetirməyə hazır deyillər. Bunu boşanmaların davamlı artması, ailədə səlahiyyət bölgüsündə münaqişələr, gənc ər-arvadın təsərrüfat işlərini idarə edə bilməməsi, valideyn funksiyalarından yayınması, yeni doğulmuş uşaqların atılması hallarının artması, özlərinə qarşı aqressivliyin təzahürləri sübut edir. Ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünü dərk, qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələri və dərk edilməsi prinsipləri üzərində qurulduqda daha da möhkəmlənir.

    Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi