20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr edilmiş rəsm sərgisi təşkil olunub

       Kitabxana müdiri Zəminə Quliyeva və təsviri incəsənət müəllimi Türkan Məmmədovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr edilmiş rəsm sərgisi  sərgisi təşkil edilib. Sərginin keçirilməsində əsas məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq və eyni zamanda vətən uğrunda şəhid olan oğul və qızlarımızı heç zaman unutmamaqdır. Rəsmləri çəkən şagirdlər 20 Yanvar faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə yanvarın 19 - dan 20 - nə keçən gecə dağılmaqda olan sovet imperiyasının xüsusi təlim keçmiş ordusunun öz azadlığı və istiqlaliyyəti uğrunda çarpışan əliyalın, silahsız xalqa qarşı ağır zirehli hərb maşınları ilə hücumundan, qəddarcasına onları qətlə yetirmələrindən bəhs olunurdu. Rəsmlərdə eyni zamanda bütün bu vəhşiliklərə sinə gərən mərd oğul və qızlarımızın məğrurluğu da öz əksini tapıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi