Əhməd Cavadın 130 illiyi ilə əlaqədar "dəyirmi masa" keçirilib

Noyabrın 22-də məktəb kitabxanasında öz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair Əhməd Cavadın 130 illiyi ilə əlaqədar "dəyirmi masa"keçirilib.

Əvvəlcə sözləri istiqlal  şairi Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirib ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir: “Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Ə.Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib. Onun “Çırpınırdı Qara dəniz” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, dost və qonşu Türkiyənin ən önəmli marşlarından biri kimi mütəmadi olaraq radiolarda, televiziyalarda səsləndirilərək rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, eləcə də təntənəli ziyafətlərdə ifa olunmaqdadır”, - deyə təşkilatçı  bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi