"Narkomaniyaya yox deyək" və "Erkən nikah hallarının qarşısının alınması"

   

Pirallahı rayonunun ümumtəhsil müəssisələrində narkomaniya və erkən nikah hallarının qarşınsının alınması ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir 22 noyabr 2022-ci il tarixdə 186 №-li tam orta məktəbin akt zalında təşkil olundu. Toplantıda Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini , polis-polkovnik leytenantı Elman Kazımov, məktəb rəhbərliyi və 9-cu sinif şagirdləri iştirak etdilər.

Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis-polkovnik leytenantı Elman Kazımov öz çıxışında son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Pirallahı rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyi vurğuladı.

Tədbirdə çıxış edən məktəbin direktoru Şakir Mikayılov yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. O bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Həcər Ramazanova çıxış edərək narkotik vasitələrin və erkən nikahın törətdiyi ağır fəsadlardan danışdı.

Sonda məktəbin direktoru Şakir Mikayılov mütəmadi olaraq məktəblərdə maarifləndirmə tədbirləri təşkil etdikləri üçün Pirallahı Rayon Polis Şöbəsinə və şagirdlərlə səmimi diskusiya apardığına görə şəxsən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis-polkovnik leytenantı Elman Kazımova öz adından, məktəb kollektivi adından minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi