"Uşaq hüquqları"aylığı çərçivəsində şagirdlərlə söhbətlər aparılmışdır

"Uşaq hüquqları"aylığı çərçivəsində məktəbin psixoloqu Səfa Bilandarli ibtidai sinif şagirdləri ilə söhbətlər aparmışdır.

 Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə ənənəvi “Uşaq Hüquqları Aylığı” elan edilib.

    Müvəkkil bununla bağlı müraciətində uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu aylığa qoşulmağa dəvət edib, xüsusi karantin qaydalarına əməl etməklə uşaqlarla bağlı təşkil olunacaq bütün tədbirlərdə onların birbaşa iştirakını təmin etməyə çağırıb.

    Bu aylıq çərçivəsində uşaq hüquqları üzrə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə biliklərin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən tədbirlərə start verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi