Zəfər Günü münasibətilə flaşmob keçirilib

 05 noyabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü ilə əlaqədar flaşmob təşkil olunmuşdur. Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən bayraq qülləsinin önündə keçirilən flaşmobda məktəblilər və könüllülər iştirak etmişdir. “Qarabağ sən azadsan !” şüarı əks olunmuş flaşmob böyük coşqu ilə qarşılanmışdır.

     Üçrəngli bayrağımızın müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni və “Qarabağ Azərbaycandır!”, “Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Eşq olsun Müzəffər Ali Baş Komandana!”, “Zəfər bayramımız mübarək!” şüarları səsləndirildikdən sonra tədbir başa çatmışdır.

Fləşmobda məktəbimizin 7-8-ci sinif şagirdləri də iştirak etçişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi