Zəngilanın azad olunmasının ikinci ildönümü münasibətilə tədbir keçirilib

 20 oktyabr 2022-ci il tarixində  məktəbdə riyaziyyat və informatika müəllimi Aygün Babayevanın təşkilatçılığı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı general-mayor Polad Həşimovun adını qürurla daşıyan 8 "a" sinif şagirdlərinin iştirakı ilə Zəngilan rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı tədbir keçirilib.
     Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,  şəhidlərimizin müqəddəs ruhu ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilmişdir.

    Pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə Zəngilan şəhərinin işğaldan azad edilməsinin strateji əhəmiyyəti vurğulanmışdır. Çıxış edən məktəbin direktoru Şakir Mikayılov, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı bildirmişlər ki, 20 oktyabr 2020-ci il tarixində xalqımızın Zəngilan həsrətinə son qoyulmuş, doğma torpağımızda üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır.
     Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində Zəngilan düşmən tapdağından xilas olmuş və zəngilanlılar öz doğma yurdlarına qovuşdular.

     Tədbirə şagirdlərin ifasında vətənpərvərlik şeirlərinin səslənməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa olan müraciətlərinə həsr olunmuş videoçarxların nümayişi ilə yekun vurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi