Füzulinin erməni işğalından azad olunmasından 2 il ötür

Bu gün Füzulinin erməni işğalından azad olunmasından 2 il ötür.Məktəbin rus bölməsinin coğrafiya müəllimi Tamara Şəbiyeva və rus dili və ədəbiyyatı müəllimi İnna Cəbrailovanın təşkilatçılığı, 6 "c" ,  6 "ç" sinif şagirlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə dövlət himnimiz səsləndirildikdən sonra şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

   Məktəb rəhbərliyinin  iştirakı ilə keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Şakir Mikayılov Füzuli şəhərinin  işğaldan azad edilməsinin Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən əməliyyatlarda hərb tarixinə yenilik kimi düşən strategiya ortaya qoyan Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etdi, tarixi ədaləti bərpa edərək işğala son qoydu, torpaqlarımızı düşməndən geri aldı. 17 oktyabr 2020-ci ildə düşmən işğalından xilas olan Füzuli doğma sakinlərinə qucaq açmışdır.

     Tədbirə şagirdlərin ifasında vətənpərvərlik şeirlərinin səslənməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa olan müraciətlərinə həsr olunmuş videoçarxın nümayişi ilə yekun vurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi