Zərərli vərdişlərdən uzaq olaq

        13 oktyabr 2022-ci il tarixində məktəbin psixoloqu Şəfa Bilandarlinin təşkilatçılığı ilə "Zərərli vərdişlərdən uzaq olaq!" adlı seminar keçirilmişdir.Seminarda 7-8-ci siniflər üzrə bir qrup şagird iştirak etmişdir.Seminarın keçirilməsində məqsəd şagirdləri zərərli vərdişlərin fəsadları barədə  maarifləndirməkdən ibarət olmuşdur.

        Şəfa Bilandarli maarifləndirici tədbirlərin keçirilməsinin gənc nəslin tərbiyəsində, maariflənməsində əhəmiyyətindən danışıb.O,bütün gəncləri sağlam gələcək naminə tütün məhsulları ilə mübarizəyə səsləyib. Bildirilib ki, hər bir gənc, ilk növbədə öz ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır. Vurğulanıb ki, bu zərərli vərdişə insanlar, adətən gənc yaşlarda başlayır və bir çox hallarda ondan xilas ola bilmirlər.Sonra məktəb psixoloqu slayd  və videoçarx vasitəsilə zərərli vərdişlərin törətdiyi fəsadları nümayiş etdirmişdir.

  Sonda sual-cavab aparılmış, şagirdləri maraqlandıran suallar cavablandırılımışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi