11 "a' sinif valideynləri ilə görüş keçirilib

    12 oktyabr 2022-ci il tarixində sinif rəhbəri Sevda Məmmədovanın təşkilatçılığı ilə 11 "a' sinif valideynləri ilə görüş keçirilib.

     Görüşdə məktəbin direktoru Şakir Mikayılov, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva , tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova da iştirak ediblər.Görüşün keçirilməsində məqsəd şagirdlərin dərsə davamiyyəti, erkən nikah və onun fəsadları, buraxılış imtahanlarına hazırlıq vəziyyətinin müzakirəsindən ibarət olmuşdur. 

 Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Şakir Mikayılov  valideynlərlə belə görüşlərin ənənəvi olaraq keçirildiyini, mövcud pandemiya səbəbindən bir müddət təxirə salındığını bildirib.O,  sinif rəhbərinə və valideynlərə  müvafiq tövsiyələrini verib.

 Tədbirdə çıxış edən valideynlər məktəbdən  razı qaldıqlarını, burada təhsilin yüksək səviyyədə olmasını, eləcə də müəllimlərin şagirdlərə  qayğı ilə yanaşdığını bildiriblər və bundan məmnunluqlarını dilə gətiriblər.

  

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi