5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü

05 oktyabr 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “05 Oktyabr-Beynəlxalq Müəllimlər günü”nə həsr olunmuş “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” başlıqlı tədbiri keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin üzvü Rauf Əliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, məktəb direktorları, İctimai Şuranın üzvləri və 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr iştirak etdilər.

Tədbirdə məktəbin riyaziyyat müəllimi Aygün Zeynalova gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlərinə, 2022-2023-cü tədris ilində qəbul imtahanlarında yüksək nəticə göstərdiyinə görə məktəbin məzunu Vəliyev Nahid Mərdan oğlu YAP Pirallahı rayon təşkilatının hədiyyələri və RİH-nin fəxri fərmanları ilə təltif olundular.

Məktəb kollektivi adından Aygün Zeynalovanı və Nahid Vəliyevi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi