Cəbrayılın azad olunmasının ikinci ildönümü münasibətilə tədbirlər keçirilib

     4 oktyabr 2022-ci il tarixində məktəbdə Cəbrayıl rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı tədbirlər keçirilib.

      Tədbirdə şəhidlərimizin müqəddəs ruhu ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yad edilmişdir.

     Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı, Vətən müharibəsi iştirakçısı Sübhay Məmmədov,məktəbin direktoru Şakir Mikayılov,  müəllimlər və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər tərəfindən Cəbrayıl şəhərinin  işğaldan azad olunmasının strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Cəbrayıl şəhərinin düşmən işğalından xilas olması müharibənin sonrakı gedişatına böyük təsir göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda işğal altında olan rayonlarımız düşmən tapdağından azad edilmişdir.

     Tədbirlərdə şagirdlərin ifasında vətənpərvərlik şeirləri səslənmiş və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə Cəbrayılın azad olunması münasibətilə xalqa etdiyi müraciətlərdən ibarət videoçarxlar nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi