"Zəfərə gedən yolun başlanğıcı"

    27 sentyabr 2022-ci il tarixdə məktəbdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr Anım Gününün təsis edilməsi haqqında 02 dekabr 2020-ci il tarixli Sərəncamının icrası,  eyni zamanda, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə anım tədbiri keçirilmişdir.

     Məktəbin tarix müəllimləri Anjelika Surxayeva və Qönçə Əzizovanın təşkilatçılığı ilə "Zəfərə gedən yolun başlanğıcı" adlı anım mərasimində məktəbin 2009-cu il məzunu, Vətən Müharibəsi iştirakçısı Əsəd Cavadov,  məktəb rəhbərliyi və şagirdlər iştirak etmişlər.

   Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başlanmışdır.

   Sonra tədbir şagirdlərin Vətənə, Şəhidlərə həsr edilmiş şeirlər və mahnılar ifa etmiş, məktəbin Şəhid məzunlarının əziz xatirələrinə həsr edilmiş videoçarxlar nümayiş etmişlər.

Məktəbin direktoru Şakir Mikayılov  çıxış edərək, 27 sentyabr tarixinin xalqımızın müstəqillik dövrünün ən vacib günlərindən biri və 30 illik işğalın, zülmün, qanunsuzluğun sonunun başlanğıcı günü olduğunu bildirmişdir. Bununla yanaşı, məktəbin direktoru  44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdığını və onların hər birinin daim dövlət qayğısı ilə əhatə olunduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, məktəbin məzunları da Vətən müharibəsində iştirak etmiş, qəhrəmanlıq göstərmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi