SON ZƏNG-2022

     İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.

     İyunun 14-də məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, şəhid məzunumuz baş leytenant Vüsal Babayevin atası Sübbuh bəy, şəhid məzunumuz əsgər Elmar Nəbiyevin anası Çiçək xanım, Pirallahı Rayon Ağsaqqalar Şurasının sədri, 55 il əvvəl məktəbin məzunu olmuş Əli Kərimov, məktəb rəhbərliyi, I və II Qarabağ müharibəsi iştirakçıları, müəllimlər, şagirdlər, ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edildi.Sonra Azərbaycanın üçrəngli bayrağı tədbirə gətirildi və son zəng çalındı.Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

 Tədbirdə çıxış edən məktəbin direktoru Şakir Mikayılov tədbir iştirakçılarını salamladı, qonaqlara dəvəti qəbul edib gəldikləri üçün məktəb kollektivi adından təşəkkürünü bildirdi, onbirinciləri və onların valideynlərini bu gün münasibətilə təbrik etdi , onlara gələcək həyatlarında uğurlar arzuladı.Sonra o, tədbir iştirakçılarının məktəbin 2021-2022-ci tədris ilindəki uğurları ilə tanış etdi. 

    Tədbirlərdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və digər qonaqlar, valideynlər məzunları əlamətdar gün münasibətilə  təbrik edərək Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, ölkə rəhbərliyinin təhsil sahəsində apardığı məqsədyönlü siyasətdən söz açdılar. Bununla yanaşı, natiqlər müstəqil həyatın astanasında duran məzunlara gələcək həyatlarında uğurlar arzuladılar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etdilər. Şagirdlərə təbriklərini çatdırmaq üçün  müəllim heyəti də çıxışlar etdi.

 Sonra tədbir şagirdlərin və məzunların çıxışları ilə davam etdirldi.

  Sonda 2021-2022-ci tədris ilində uğurlar qazanan şagird və müəllim heyəti məktəb rəfbərliyi tərəfindən Fəxri fərmanla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi