Narkomaniyaya yox deyək!

      Pirallahı rayonunda ümumtəhsil müəssisələrində narkomaniya əleyhinə silsilə tədbirlər davam etdirilməkdədir. Bu qəbildən növbəti tədbir məktəbdə baş tutdu.  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanovun, Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılovun, Bakı Şəhər Narkoloji Dispanserin sosioloqu Fidan Ataxanlının, 31 nömrəli BŞX-nın Pirallahı filialının məsul müdiri Kəmalə Mustafayevanın iştirakı ilə keçirilən tədbir şagirdlərin narkomaniyanın fəsadları ilə bağlı məlumatlandırılması ilə başladı.

      Vəzir Səfixanov tədbiri giriş sözü ilə açaraq yeniyetmə və gənclər arasında narkomaniya ilə  bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsinin zamanın tələbi olduğunu bildirdi.

      Daha sonra çıxış edən Cümşüd İsmayılov və digər natiqlər “əsrin bəlası” olaraq xarakterizə edilən narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açdılar və narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verdilər.

       Daha sonra çıxış edən Kəmalə Mustafayeva və  Fidan Ataxanlı narkomaniyanın törətdiyi ağır fəsadlardan ətraflı danışdılar.

       Tədbir mövzu ilə bağlı şagirdləri maraqlandıran sualların cavablandırılması ilə davam etdi.

       Sonda Məktəbin direktoru Şakir Mikayılov belə bir həssas mövzuda maarifləndirici tədbir  təşkil etdikləri üçün  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanova, Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılova, digər qonaqlara və tədbirdə fəal iştirak etdiklərinə görə şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi