“18 İyun – İnsan Hüquqları Günü”

     “18 İyun – İnsan Hüquqları Günü” münasibətilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunmuşdur. Bu çərçivədə məktəbdə müxtəlif başlıqlarda maarifləndirici tədbirlər və dəyirmi masalar keçirilmiş, ekskursiyalar təşkil edilmişdir.

      Keçirilən tədbirlərdə  insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu və bu sahədə ilk fundamental sənədin Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də imzalanan Sərəncamla təsdiq olunmuş Dövlət Proqramı olduğunu bildirilmişdir. Bununla yanaşı, həmin günün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycanda "İnsan Hüquqları Günü" elan edildiyi vurğulanmışdı. 

    Keçirilən tədbirlərdə 18 İyun – İnsan Hüquqları Günü ilə əlaqəli diskussiyalar aparılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi