28 May-Müstəqillik Günü

       Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104  ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.Bu tarixi gün Azərbaycanın hər yerində olduğu kimi məktəbimizdə də böyük təntənə ilə qeyd edildi.

      Məktəb Həmkarlar Təşkilatının sədri Bəsirə Babayeva, ibtidai sinif müəllimi Samirə Umudova, Şəhriyar Zeynalovun birgə təşkilatçılığı və 1-9-cu sinif şagirdlərinin iştirakı ilə "28 May -Mustəqillik Günü" münasibətilə tədbir keçirilmişdir.

      Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər.

      Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edildi.Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatiərələri  1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə şagirdlər öz çıxışları ilə tədbir iştirakçılarında xoş təəssürat yaratdı.

          Sonda "28 May -Respublika Günü" nə həsr edilmiş videoçarx nümayiş olundu, viktorina keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi