"Əziz Şuşa, sən azadsan!

     25 may 2022-ci il tarixində ibtidai sinif müəllimi Gülbəniz Quliyevanın təşkilatçılığı ,4 "b" sinif şagirdlərinin iştirakı ilə "Şuşa ili"nə həsr edilmiş "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirilib.

  Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

    Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb. 

    Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, şeirlərin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.

    Tədbirdə 4" b"  sinif şagirdləri və onların analarının iştirakı ilə "Qarabağ qayıtdı  Azərbaycana" adlı möhtəşəm kompazisiya nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi