İdmanda növbəti nailiyyətlər

.

   Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat və futbol turnirinə start verilmişdir.

  05-06 may 2022-ci il tarixlərində Pirallahı rayonunda YAP Pirallahı Rayon Təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş orta məktəb şagirdləri arasında şahmat və futbol turniri keçirilib.

   Hər iki turnirin qalibi  məktəbin komandası olub.

   Məktəb kollektivi adından hər iki komandanın üzvlərini və fiziki tərbiyə müəllimləri Mübariz Xudaverdiyevi,  Nailə Mustafayevanı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Qeyd edək ki, 07 may 2022-ci il tarixində turnirin qalibləri mükafatlandırılacaqlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi