Dünya şöhrətli siyasətçi

     O kəslər tarixi şəxsiyyətə çevrilir ki, onlar tarix yaratmağı bacarırlar.Belə tarixi şəxsiyyətlərdən biri də Müasir Azərbaycanın banisi, xalqımızın ümumimilli lideri Heyder Əlirza oğlu Əliyevdir. O, ömür boyu Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağa, inkişaf etdirməyə, möhkəmləndirməyə, yenidən hansısa bir dövlətin əsarəti altına düşməməsinə çalışmışdır.Ulu öndərimiz atdığı hər addımda bizi yaradan tanrıya və xalqına arxalanmışdır.“Mən xalqıma arxalanıram.Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram.Son damla qanıma qədər xalqımla birəm.Xalqla bir olub bütün bu təxribatların qarşısını alacağıq.” Heydər Əliyevin kəlamları əbəs yerə deyilməmişdir.Çünki o, bütün həyatı boyu öz xalqını qan-qadadan, xarici təcavüzdən, daxildəki satqınların fitnə- fəsadından qorumuş, xalqının taleyi, gələcəyi haqqında fəal mübarizə aparmış, millətinin sədaqətli oğlu, fədayisi olduğunu bütün dünyada sübut etmişdir. Respublikamızın hər yerində olduğu kimi,   məktəbdə də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 99–cu ildönümü ilə bağlı idman yarışları , inşa yazı ,  rəsm müsabiqələri və tədbir keçirildi. Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Arzu müəllim və məktəbin direktoru Şakir Mikayılov Ulu öndərlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən bəhs etdilər. Tədbirdə çıxış edən şagirdlər də söylədikləri şeirlərlə, ifa etdikləri musiqilərlə və nümayiş etdirdikləri rəqs və səhnəciklərlə Ulu öndərimiz Heydər Əliyevə olan sevgilərini bir daha göstərmiş oldular. Tədbirdə iştirak edənləri dinlədikcə bir daha anlaşılırdı ki , Heydər Əliyev xalqımızın xatirəsində daim yaşayacaqdır.

       Tədbir  məktəbin tarix müəllimi Anjelika Surxayevanın və İbtidai sinif müəllimi Leyla Mustafayevanın təşkilatçılığı, 1-11-ci sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi