Zərifə Əliyeva-99

   Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam olur.

   Məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 99 illik yubileyinə həsr olunmuş sinif təşkilatı saatları keçirilib.

  Sinif təşkilatı saatlarında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən film nümayiş olunub, akdemik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyi bildirilib.

Daha sonra çıxış edən məktəblilər oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışmış, Zərifə xanım Əliyevanın ömür-gün yoldaşı, Ulu öndər Heydər Əliyevin Zərifə xanım haqqında söylədiyi nitqi oxumuş və Zərifə xanım Əliyevaya həsr edilmiş şeirlər ifa etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi