“Təbiəti qoruyanlar” adlı layihəyə start verilir

    “Təbiəti qoruyanlar” adlı layihəyə start verilir.

  Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsidir.

   Layihə çərçivəsində məktəb həyətinin yaşıllaşdırılması və kiçik ölçülü oranjereyanın yaradılması nəzərdə tutulur.

  Layihə çərçivəsində 8 "a" sinif şagirdləri sinif rəhbəri Rəna Mustafayevanın təşkilatçılığı və rəhbərliyi ilə "Nərimanpark" da,10 "a" sinif şagirdləri sinif rəhbəri Sevda Məmmədovanın təşkilatçılığı və rəhbərliyi ilə "Mərdəkan Dendrarisi"ndə ekskursiyada olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi