Maarifləndirmə seminarları

          Məktəbdə 05-15 aprel 2022-ci il tarixlərində   “Uşaqlar arasında baxımsızlığın və hüquqpozmaların profilaktikası-eləcə də insan alveri hallarının qarşısının alınması “ , “Erkən nikah” mövzularında maarifləndirmə  seminarları keçirilmişdir.

           Seminarlarda məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, psixoloq Şəfa Bilandarli, sinif rəhbərləri və 7-11-ci sinif şagirdləri iştirak etmişlər. Seminarlar 7-11-ci siniflərin hər biri üzrə ayrı-ayrılıqda təşkil edilmişdir.

           Birinci mövzu ilə çıxış edən tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova bildirdi ki, ölkəmizdə bu cür mövzulara qarşı mübarizə davam etdirilir. İnsan alveri, gənclər arasında zorakılıq, erkən nikah müasir dövrün ən aktual problemlərindən biridir.Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir.İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər.İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlar olur. Ekspertlərin müşahidələrinə əsasən qadınların insan alverinə məruz qalmasına əsas səbəblər – onların təhsil almasına, işə düzəlməsinə və özünə güvənməsinə mane olan savadsızlıq, yoxsulluq,  gender bərabərsizliyi faktorlarıdır.  Siz şagirdlər də çalışmalısınız ki, dərslərinizi yaxşı oxuyasınız, savadlı olasınız. Çünki savadlı, dünyagörüşlü olsanız heç vaxt başqası tərəfindən aldadılmaz, lazım gəldikdə müvafiq tədbir görmə qabiliyyətinə malik olarsınız. Ona görə də pis vərdişlərdən, insan alverinin fəsadlarından uzaq olmaq üçün vaxtınızı ancaq oxumaqla, idmanın və incəsənətin müxtəlif növləri ilə məşğul olmaqla keçirtməlisiniz.Sizlər bizim gələcəyimizsiniz.Biz Azərbaycanın gələcəyi olan gənclərimizi sağlam,bütün zorakılıqlardan, baxımsızlıq və hüquqpozmalrdan  uzaq görmək istəyirik. Həcər Ramazanova uşaqlara bu məsələlərdə diqqətli olmağı tövsiyə etdi və əgər belə hal baş verərsə, onlara köməklik etməyə hazır olduqlarını bildirdi.

      İkinci mövzu ilə çıxış edən məktəbin psixoloqu Şəfa Bilandarli Azərbaycanda nikah yaşı ilə bağlı məlumat verdi.Erkən nikahın fəsadlarından ətraflı danışdı.Şagirdlərə lazımi tövsiyələrini bildirdi, onları maraqlandıran suallara cavab verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi