Novruz gəlir, yaz gəlir

    Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün-Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır. Novruzda evlər və həyətlər tozdan, çirkdən, zir-zibildən təmizlənir, ev müxəlləfatı silinib yuyulur və səliqəyə salınır. Bahar bayramına 15 gün qalmış buğda və ya mərciməkdən səməni qoyulur, bayram şirniyyatı hazırlanır. Bunları etməklə adamlar yeni ildə bol məhsul götürəcəklərinə ümidlərini ifadə etmiş olurlar. Cavan qız-gəlinlər bayrama xüsusi bir zövqlə hazırlaşır, özlərinə və uşaqlarına yaraşıqlı pal-paltar tikirlər. Məktəbdə də "Novruz bayramı"nın gəlişi münasibətilə keçirilən silsilə bayram şənlikləri 15 mart 2022-cı il tarixdə musiqi müəllimi Şəhriyar Zeynalovun  təşkilatçılığı ilə  təşkil olunmuş bayram tədbiri ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi