"Xonçalı Novruz gəlir!"

      Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır. Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar Novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar: 

     "Bahar çələngi" adlı silsilə tədbirlərin  keçirilməsi davam etdirilir..14 mart 2022-ci il tarixdə ibtidai sinif müəllimi Leyla Mustafayevanın təşkilatçılığı, 1 "a"  sinif şagirdlərinin iştirakı ilə "Xonçalı Novruz gəlir!"adlı Novruz şənliyi keçirilmişdir. Novruz şənliyində 1 "a"  sinif şagirdləri Novruzun adət-ənənələrini  özündə əks etdirən mahnılar, şeirlər, haxıştalar ifa etmiş , rəqslər , səhnəciklər , müxtəlif oyunlar nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi