"İdman həftəsi" başa çatdı

     Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.

     Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində "İdman həftəsi" keçirilmişdir.

      4 mart 2022-ci il tarixində "İdman həftəsi" nə yekun vuruldu.İlk öncə, "İdman həftəsi"nin proqramına uyğun olaraq esse və təqdimat müsabiqələri keçirilmişdir.Sonra isə "İdman həftəsi" çərçivəsində fəal iştirak edərək uğur qazanan şagirdlər məktəb tərəfindən mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi