"İdman həftəsi" nin ikinci günü

"İdman həftəsi" layihəsinin proqramının 2-ci gününə uyğun olaraq, Azərbaycan bayrağını qürürla dalğalandıran idmançı-Nazim Mövsümzadə ilə şagirdlərin görüşü keçirilmişdir.

     Dəvətimizi qəbul edib gəldiyi,şagirdlərlə səmimi söhbət apardığı, şagirdlərin suallarını ətraflı cavablandırdığı üçün Nazim Mövsümzadəyə minnətdarlığımızı bildiririk.

     Onu qeyd edim ki,Nazim müəllimin 3 qız övladı məktəbimizdə təhsil alır.Onun davamçısı, məktəbin 11 "c" sinif şagirdi, fəxrimiz Sevinc Mövsümzadə dəfələrlə idmanda uğurlar qazanmışdır.Məktəb kollektivi adından Nazim Mövsumzadəyə, onun idmana hazırladığı, aralarında məktəbin də şagirdləri olan idmançılarına uğurlar arzulayırıq.

    "İdman həftəsi" layihəsinin proqramının 2-ci gününə uyğun olaraq "İdman viktorinası" və "Olimpiya oyunları uşaqların gözü ilə" adlı əl işi müsabiqəsi keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi