"İdman həftəsi" nin keçirilməsinə start verilib

       Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.

Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir.

     Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur.

    28 fevral 2022-ci il tarixində "İdman həftəsi" nin açılışı Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə baş tutdu.Sonra səhər gimnastikası keçirildi,layihənin proqramına uyğun olaraq, məktəbin psixoloqu Şəfa Bilandarlı idmançıların yarışa hazırlığının psixoloji yanaşması ilə bağlı şagirdlərlə söhbət apardı, fiziki tərbiyə müəllimləri, sinif rəhbərləri olimpiya oyunları haqqında mövzuları şagirdlərin nəzərinə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi