Xocalı faciəsini unutmayaq, unutdurmayaq!

   

 24 fevral 2022-ci il tarixində "Xocalı soyqırımı" nın otuzuncu ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq  məktəbdə XX əsrin ən dəhşətli, faciəli hadisələrindən sayılan "Xocalı soyqırımı" haqqında gənc nəslin ətraflı məlumatlandırılması,  Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək,  "Xocalı soyqırımı" qurbanlarının xatirəsini yad etmək  məqsədilə "Xocalı faciəsini unutmayaq, unutdurmayaq!" adlı  anım mərasimi  keçirilib .

   Tədbirdə çıxış edən məktəbin direktoru Şakir Mikayıov, tərbiyə işləri üzrə direktor müavini, Xocalı rayon sakini Həcər Ramazanova Xocalı soyqırımının Azərbaycan xalqına, bütövlükdə türk dünyasına qarşı törədilən ən böyük faciə olduğunu bildirmiş və qeyd etmişlər ki, bu gün Xocalının qisası Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı adı altında Rəşadətli ordumuz tərəfindən döyüş meydanında alındı.

    Tədbirdə şagirdlər öz hiss və duyğularını söylədikləri şeirlər və hazırladıqları təqdimatlarla nümayiş etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi