Xocalının qəhrəman oğulları

    XX əsrin ən dəhşətli, faciəvi hadisələrindən sayılan Xocalı soyqırımı haqqında gənc nəslin ətraflı məlumatlandırılması, onlarda düşmən qüvvələrə qarşı barışmazlıq hissinin, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək məqsədilə silsilə tədbirlər keçirilir.Məktəbin tərbiyə işləriüzrə direktor müavini,əslən Xocalıdan olan  Həcər Ramazanova həmişə təşkil etdiyi ekskursiyalarla,  sinifdənxaric tədbirlərlə şagirdlərə vətənpərvərlik hissi aşılayır. Bu dəfə də Həcər Ranazanovanın  təşkilatçılığı ilə bir qrup  şagirdlər 20 fevral 2022-ci il tarixində  Xocalı soyqırımı qurbanlarını, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi yad etmək məqsədilə "Şəhidlər Xiyabanı" nı ziyarət ediblər. Ziyarət zamanı Həcər Ramazanova  Xocalı faciəsi haqqında uşaqlara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmış, şagirdlərə Xocalının qəhrəman oğulları, Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycanın Milli Qəhrəmanları- Əlif Hacıyev, Tofiq Hüseynov,Aqil Quliyev və telejurnalist Çingiz Mustafayev haqqında danışmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi