"Gənclər bizim gələcəyimizdir"

      02.02.2022-ci il tarixində 2 Fevral Gənclər Günü münasibətilə 10-11-ci sinif şagirdlərinin iştirakı ilə "Gənclər bizim gələcəyimizdir" mövzusunda "Dəyirmi masa" keçirilmişdir.

      Məktəbin direktoru Şakir Mikayılov  gəncləri bayram münasibətilə təbrik edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün uğurla davam etdirilir. Ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açmışdır. 
        Tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova öz çıxışında qeyd etmişdir ki,  Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunmasını vurğulayaraq qeyd etmişdir ki, gənclərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində gənclərimiz qəhrəmanlıq salnamməsi yazaraq Zəfər qazanmışlar.Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanların, həmçinin dövlət başçısı tərəfindən bu sahəyə böyük diqqətin olmasını qeyd etmişdir.Biz hər birimiz çalışmalıyıq ki, Azərbaycanın gələcəyi olan gənclər sağlam həyat tərzi keçirsinlər, pis vərdişlərdən uzaq olsunlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi