"Azadlıq carçıları" adlı anım mərasimi keçirilib

    Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifəsinin birini təşkil edir.Bakının küçələrinə və meydanlarına çıxaraq öz haqq səsini qaldıran geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

   19 yanvar 2022-ci il tarixində  məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynəb Seyidovanın təşkilatçılığı ilə Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq carçıları” adlı anım mərasimi keçirilib. Anım mərasimində məktəb rəhbərliyi ,müəllimlər, vşagirdlər iştirak etmiş , şagirdlər Qanlı Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar , mahnılar söyləmiş , ədəbi-bədii kompazisiyalar nümayiş etdirmişlər.Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi