Dahi şair

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri, Nizami Gəncəvinin anadan omlasının 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi ili” elan edilmişdir. Təsdiq olunmuş tədbirlər planına əsasən  məktəbdə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş ədəbi-musiqili tədbir keçirilib.
      Tədbirlərdə çıxış edən məktəbin direktoru Şakir Mikayılov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu bildirmişlər. Qeyd etmişdir ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən gənc nəsillərə tanıtmağa ehtiyac vardır. Digər çıxış edənlər ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi tariximizə, ədəbiyyatımıza və mədəniyyətimizə olan ehtiramın təzahürü olduğunu qeyd etmiş və bildirmişlər ki, milli-mənəvi dəyərlərə hörmət Ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissəsi kimi cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir.

        Tədbirin sonunda şagirdlərin ifasında dahi şairin “Xəmsə”sindən şerlər və musiqi bəstələri səsləndirilmiş, Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

      Tədbirdə  məktəbin təsviri incəsənət müəllimi, istedadlı rəssam Arəstə Məmmədlinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr etdiyi rəsm əsəri nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi